Millimizin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik

Millimizin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik

Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik baş verib.

Cüdo Federasiyasından "Mediasport"a verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayevin zədə alması səbəbindən onun əvəzinə Turan Bayramov heyətə daxil edilib.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.