Yeniyetmə cüdoçular Liqa yarışının 3-cü turunda mübarizə aparacaqlar

  Yeniyetmə cüdoçular Liqa yarışının 3-cü turunda mübarizə aparacaqlar

30-31 avqustda cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının 3-cü turu keçiriləcək.

"Mediasport" xəbər verir ki, yarışda 94 klub və idman cəmiyyətindən olan 743 cüdoçu (594 oğlan, 149 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 

Xatırladaq ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.