Bruno Silva "Qəbələ"yə keçdi

 Bruno Silva "Qəbələ"yə keçdi

"Qəbələ” yeni futbolçu ilə anlaşıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Bruno Silvanı heyətinə cəlb edib.

Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb.

28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib.

O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.