İlham Əliyev Bakıda keçiriləcək dünya çempionatından danışdı

İlham Əliyev Bakıda keçiriləcək dünya çempionatından danışdı

"Futbol üzrə U-20 Dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".

"Mediasport" xəbər verir ki, bunu Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı iki ölkənin 2027-ci ildə birgə təşkil edəcəyi futbol üzrə U-20 dünya çempionatı haqda fikirlərini bölüşüb:

"Azərbaycanla Özbəkistan arasında həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.

İki ölkənin birgə səyləri sayəsində FİFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".