"Ferensvaroş" Bakıda məşqə çıxmayacaq - Çempionlar Liqası

Avqustun 27-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Ferensvaroş" matçı üçün baş məşqçilərinin mətbuat konfranslarının vaxtı açıqlanıb.
"Mediasport" xəbər verir ki, jurnalistlər önünə əvvəlcə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov çıxacaq (13:30).
Saat 18:00-da "Qarabağ"ın "Azərsun Arena"da son məşqi olacaq.
Macarıstan çempionunun baş məşqçisi Robbi Kinin mətbuat konfransı isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Ferensvaroş” Bakıda məşqə çıxmayacaq.
Xatırladaq ki, görüş saat 20:45-də başlanacaq. İlk qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.