Bu, necə klubdur ki, futbolçusu gecə saat 5-də restoranda əylənir?

Bu, necə klubdur ki, futbolçusu gecə saat 5-də restoranda əylənir?

“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı məlum olub.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi dostuna görə bıçaqlanıb.

O, gecə saat 5-də dostu və iki xanımla birlikdə restorandan çıxandan sonra yaranmış münaqişə zamanı araya girdiyi üçün xəsarət alıb.

Veysəl Rzayev həmin xanımlardan birinin keçmiş sevgilisinin onların yanında olan "Kəpəz"in sabiq futbolçusu Nihat Fərəcini bıçaqla vurmaq istəyərkən araya girib.

Nəticədə Rzayev ağır bədən xəsarətləri alıb.

Xatırladaq ki, Nihat Fərəci 2-ci Liqa klubu "Şəki Siti"də oynayır.

Yeri gəlmişkən, hadisə "Kəpəz"in idarəetməsində, strukturunda ciddi problemlərin olduğundan xəbər verir.

Peşəkar statuslu klub gör necə, nə qədər intizamsız, başdansovdu idarə olunur ki, futbolçusu gecə səhərə qədər yeyib-içmək, əylənməklə məşğuldur.

Allah şəfa versin!