Milan "İnter"i Azərbaycan millisinin futbolçusu üçün hərəkətə keçdi

Milan "İnter"i Azərbaycan millisinin futbolçusu üçün hərəkətə keçdi

İtaliyanın “Sampdoriya” və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero klubunu dəyişə bilər.

"Mediasport" xəbər verir ki, 18 yaşlı hücumçu ilə "İnter” maraqlanır.

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Milan klubunun skautları forvardı diqqətdə saxlayacaq.

Xatırladaq ki, Lorenso ötən ay Azərbaycanın əsas millisinə də dəvət alıb, lakin zədələndiyi üçün düşərgəyə qoşula bilməyib.

Mezzotero bu mövsüm B Seriyasında 6 matçda 4 qol vurub.

“Neftçi”nin yetirməsi sayılan hücumçu 2025-ci ildən “Sampdoriya”nın formasını geyinir.