"Çelsi" Bakıda məşqə çıxmayacaq
Noyabrın 5-də Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Çelsi"ni (İngiltərə) qbəul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun matçdan əvvəl mətbuat konfransının başlama vaxtı açıqlanıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanov sabah saat 17:00-da Tofiq Bəhramov stadionunda mətbuat önünə çıxacaq.
Komandanın son məşqi bir saat sonra həmin stadionda başlanacaq (ilk 15 dəqiqə media üçün açıq olacaq).
"Çelsi"nin baş məşqçisi Enso Mareska mətbuat konfransını və oyunöncəsi məşqini İngiltərədə keçirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq duel saat 21:45-də start götürəcək.
