"Kəpəz"də yeni İdarə Heyəti sədri

"Kəpəz"də yeni İdarə Heyəti sədri

Premyer Liqa klubu "Kəpəz"in İctimai Birliyinin İdarə Heyətində struktur dəyişiklikləri həyata keçirilib.

"Mediasport" xəbər verir ki, Adil Vəliyev İdarə Heyətinin yeni sədri təyin olunub.

Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov İdarə Heyətinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər. 

E.İbrahimov şəxsi istəyi ilə müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu, İdarə Heyətinin sədri tərəfindən qəbul olunub. 

Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər təyin olunub.

Eyni zamanda, İcraçı direktor və Akademiyanın direktoru vəzifələri ləğv edilib və Cabir İbrahimovla yollar ayrılıb.

Klubun mətbuat katibi Azad Mustafayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.