Azərbaycan Premyer Liqasında mövsümə bu gün yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümüə yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, 36-cı turun son oyun günündə iki matç baş tutacaq.
Xatırladaq ki, Premyer Liqada "Qarabağ"ın mövsümü çempion, "Zirə"nin gümüş, "Araz-Naxçıvan"ın isə bürünc medallarla başa vuracağı dəqiqləşib.
"Qəbələ", "İmişli" və "Karvan" elitaya yüksəliblər, yeni mövsüm liqada 12 komanda mübarizə aparacaq.
Azərbaycan Premyer Liqası. 36-cı tur
23 may (cümə)
“Səbail” – “Sumqayıt” 1:4
Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 19:30
24 may (şənbə)
“Şamaxı” – “Qarabağ” 0:1
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu, 17:00
“Sabah” – “Neftçi” 1:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə,
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”, 19:30
25 may (bazar)
“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 17:00
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Liv Bona Dea Arena”, 19:30