Çempionlar Liqasında həftənin oyunçusu olmağa iki namizəd var

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları üçün həftənin ən yaxşı futbolçusu olmağa namizədlər müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qalib adı uğrunda "İnter"in qapıçısı Yan Zommer və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi namizəddir.
İsveçrəli qolkiper komandasının "Barselona"nı 4:3 hesabı ilə məğlub etdiyi qarşılaşmada kritik qurtarışlarla qələbədə pay sahibi olub.
Hakimi isə "Arsenal"la matçda qol vurub, komandasına penalti qazandırıb.
Qalibin adına UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğu ilə aydınlıq gətiriləcək.
Qeyd edək ki, hər iki futbolçu keçirdikləri cavab matçlarının ən yaxşı oyunçuları seçiliblər.