“Çempionların savaşı” turnirinin qalibi azərbaycanlılar oldular

Bakıda keçirilən “Çempionların savaşı” şahmat turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, rapid və blits yarışlarından sonra qaliblər müəyyənləşib.
Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı Rüstəm Kasımcanov, qadınların yarışında isə Günay Məmmədzadə bolqarıstanlı Antoaneta Stefanovadan güclü olub.
"Çempionlar savaşı"
Rapid
Rauf Məmmədov - Rüstəm Kasımcanov 8:4
Günay Məmmədzadə - Antoaneta Stefanova 7:5
Blitz
Rauf Məmmədov - Rüstəm Kasımcanov 4:6
Günay Məmmədzadə - Antoaneta Stefanova 5:5
Yekun
Rauf Məmmədov - Rüstəm Kasımcanov 12:10
Günay Məmmədzadə - Antoaneta Stefanova 12:10