ÇL-də yarımfinalın cavab oyunu hansı kanalda canlı yayımlanacaq?

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin bu axşam keçiriləcək cavab qarşılaşmasını Azərbaycanda hansı kanalın canlı yayımlayacağı dəqiqləşib.
"Mediasport" xəbər evrir ki, "İnter" - "Barselona" oyununu tamaşaçılara turnirin ölkəmizdə rəsmi yayımçısı "CBC Sport" təqdim edəcək.
Bakı vaxtilə saat 23:00-da başlanacaq görüş "TRT 1" və "TRT Spor" kanalları vasitəsilə də canlı yayımlanacaq.
Qeyd edək ki, "CBC Sport" telekanalı qrup və pley-off mərhələlərində eyni saatda start götürən bir neçə matçın ölkəmizdə paralel olaraq İTV-də yayımlanmasına icazə verir.
Lakin ötən həftə yarımfinalın "Arsenal" - PSJ dueli "İctimai" TV-də, "Barselona" - "İnter" oyunu "CBC Sport"da göstərilmişdi.