RƏSMİ: Rahil Məmmədov yenidən Azərbaycan Premyer Liqasında

RƏSMİ: Rahil Məmmədov yenidən Azərbaycan Premyer Liqasında

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Naxçıvan təmsilçisi millimizin üzvü Rahil Məmmədovla müqavilə imzalayıb.

Məmmədovun müqavilə müddəti 1 illikdir.

"Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, LKS Lodz və “Radomiak” klublarında oynamış 29 yaşlı futbolçu millimizin də şərəfini qoruyur.