Avropa çempionatı: Daha bir cüdoçumuzdan bürünc medal

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha iki təmsilçisi mübarizəyə qoşulub.
73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev ümidləri doğruldaraq bürünc medal qazanıb.
Qadınların yarışında mübarizə aparan Fidan Əlizadə (57 kq) isə AÇ-ni mükafatsız başa vurub.
Xatırladaq ki, millimizin heyətində ilk gündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Azərbaycan qitə birinciliyinə 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb.