Cüdoçularımız DÇ-nin ikinci günündə medal qazana bilmədilər
Bakıda böyüklər arasında cüdo dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında ikinci yarış günü Azərbaycan idmançıları üçün uğursuz alınıb.
Mübarizəyə qoşulan 4 təmsilçimiz - Gültac Məmmədəliyeva (52 kiloqram), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kiloqram) medal qazana bilməyiblər.
Bayramov təsnifat, İmranov 1/16, Paşayev 1/8, Məmmədəliyeva isə 1/4 finalda yarışla vidalaşıb.
Məmmədəliyeva bürünc medal uğrunda təsəlliverici görüşdə də uğur əldə etməyib.
Xatırladaq ki, dünən Əhməd Yusifov (60 kq) dünya çempionu olub.
Dünya birinciliyi oktyabrın 11-də başa çatacaq.

