Region birincilikləri keçiriləcək

16 sentyabrda Ağdam Olimpiya İdman Kompleksində U-14 və U-17 yeniyetmələr arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.
"Mediasport" xəbər verir ki, turnirlərdə Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı və Kəlbəcər cüdoçuları mübarizə aparacaq.
Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.