Azərbaycanı Avropa Kubokunda 44 cüdoçu təmsil edəcək - ADLAR
Azərbaycanın gənclərdən ibarət cüdo millisi 2–3 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
"Mediasport" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 12 çəki dərəcəsində 44 cüdoçu (32 oğlan, 12 qız) ilə təmsil olunacaq.
Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Beynəlxalq turnirdə 27 ölkədən 515 idmançı (311 oğlan, 204 qız) mübarizə aparacaq.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev, respublika dərəcəli hakim İslam Nəcəfquliyev də yer alacaq.
Oğlanlar
-60 kq
Ayxan Mirzəzadə
İsmayıl Əlipənahov
Məhəmməd Məmişov
Ömər Zamanlı
-66 kq
Nihad Məmişov
Nicat Süleymanlı
Əhməd Rüstəmov
Fəxri Sahibzadə
İlham Zeynallı
Sadiq İsgəndərli
-73 kq
Hüseyn Şahmarlı
Mehdi Cəfərov
Əbil Yusubov
Səlim Sultanov
Nihad Yəhyayev
Kənan Hüseynov
Nadir İmanov
-81 kq
Mehdi Abbasov
Roman Qarayev
-90 kq
Əli Qazıməmmədov
Süleyman Şükürov
Aslan Kotsoyev
Səid Hüseynov
Osman Səlimov
-100 kq
Davud Namazlı
Hüseyn Eyvazlı
Canpolad Əliyev
Vidad Əliyev
Emin Hüseynov
+100 kq
Ramazan Əhmədov
Eldar Əliyev
Sübhan Axundov
Qızlar
-48 kq
Gülgəz Musayeva
Nərgiz Əhmədova
Gülşən Hüseynova
-52 kq
Çinarə Sadıqova
Aysun Məmmədova
Nuranə Hacızadə
Fəridə Mirzəyeva
-57 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
-63 kq
Nilgün Rzayeva
Ayan Əliyeva
-70 kq
Aynur Həsənova
