Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Sərbəst güləş üzrə 3-qat dünya çempionu Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verilib.
"Mediasport" xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vuran veteran bundan sonra federasiyada funksioner kimi fəaliyyət göstərəcək.
2-qat olimpiya mükafatçısı, 4 dəfə Avropa çempionu olmuş Əliyev sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.