AÇ: İki güləşçimiz yarımfinalda
Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə U-20 Avropa çempionatına uğurla başlayıblar.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən ikisi adını yarımfinala yazdırıb.
Ayxan Cavadov (60 kq) və Elmin Əliyev (82 kq) qızıl medal üçün güləşəcək.
Roman Kərimov (67 kq) təsnifat mərhələsində macarıstanlı Petro Jiotovoza 6:10 hesabı ilə məğlub olub.
Kamran Rəcəbli (72 kq) təsnifat mərhələsində isveçli Alvin Tulinderə 0:9 hesabı ilə uduzub.
Mahir Qurbanlı (97 kq) isə 1/8 finalda macarıstanlı Vendel Vita ilə bacarmayıb (2:4).
İyulun 12-dək davam edəcək qitə birinciliyinə Azərbaycan 6-sı qadın olmaqla, 25 güləşçi ilə yollanıb.


