"Qarabağ"ın "Sabah"la cavab oyununun tarixi və saatı açıqlandı

"Qarabağ"ın "Sabah"la cavab oyununun tarixi və saatı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab görüşlərinin cədvəli açıqlanıb.

"Mediasport" xəbər verir ki, finala vəsiqələr iki oyun günündə rəsmiləşəcək.

Hər iki matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, raundun ilk qarşılaşmaları aprelin 3-də reallaşacaq.


Azərbaycan Kuboku. 1/2 final. Cavab oyunlar


21 aprel (çərşənbə axşamı)

“Zirə” - “Turan Tovuz”

Zirə İdman Kompleksinin stadionu, 19:00


22 aprel (çərşənbə)

“Sabah” - “Qarabağ”

“Bank Respublika Arena”, 20:00