Dünya Kuboku-2026-nın final qarşılaşması ona tapşırıldı

Dünya Kuboku-2026-nın final qarşılaşması ona tapşırıldı

Futbol üzrə 23-cü Dünya Kubokunun final matçına hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, dördilliyin zirvə yarışında həlledici oyunu Slavko Vinçiç idarə edəcək.

İspaniya - Argentina qarşılaşmasında sloveniyalı ədalət təmsilçisinin yan xətdə köməkçiləri Tomaz Klançnik və Andraz Kovaçiç olacaqlar.

Dördüncü hakim funksiyasını iordaniyalı Ədhəm Məhəmməd yerinə yetirəcək.

İyulun 19-da keçiriləcək görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, 2010-cu ildən FİFA kokardası daşıyan Vinçiç 2024-cü ildə UEFA Çempionlar Liqasında final oyununu idarə edib.