Dünya Kubokunda ən çox gəlir əldə edən klublar məlum oldu
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi sayca 23-cü Dünya Kuboku turnirinin bu ana qədər baş tutan oyunlarına əsasən, ən çox gəlir əldə edən klubların adı açıqlanıb.
"Mediasport" xəbər verir ki, zirvədə "Mançester Siti" (2,10 milyon avro) qərarlaşıb.
"Bayern" ikinci (1,84 milyon avro), PSJ isə üçüncü olub (1,63 milyon avro).
Qeyd edək ki, Azərbaycandan mundialdan gəlir əldə edən yeganə klub "Turan Tovuz"dur.
Qərblilərin müdafiəçisi Roderik Miller Panama milli komandasının heyətində yer alıb.
Ən çox gəlir əldə edən klublar
1. "Mançester Siti" (İngiltərə) - 2,10 milyon avro
2. "Bayern" (Almaniya) - 1,84 milyon avro
3. PSJ (Fransa) - 1,63 milyon avro
4. "Arsenal" (İngiltərə) - 1,61 milyon avro
5. "Əl Hilal" (Səudiyyə Ərəbistanı) - 1,44 milyon avro
6. "Mançester Yunayted" (İngiltərə) - 1,30 milyon avro
7. "Kristal Pelas" (İngiltərə) - 1,30 milyon avro
8. "Barselona" (İspaniya) - 1,29 milyon avro
9. "Çelsi" (İngiltərə) - 1,29 milyon avro
10. "Liverpul" (İngiltərə) - 1,27 milyon avro
11. "Real" (Madrid, İspaniya) - 1,24 milyon avro
12. "Borussiya" (Dortmund, Almaniya) - 1,24 milyon avro
13. "Atletiko" (İspaniya) - 1,13 milyon avro
14. "Aston Villa" (İngiltərə) - 1,12 milyon avro
15. "Fənərbaxça" (Türkiyə) - 1,09 milyon avro


