DÇ-2026-da 1/4 final: İspaniya millisi Belçika yığmasına qarşı

DÇ-2026-da 1/4 final: İspaniya millisi Belçika yığmasına qarşı

ABŞ, Meksika və Kanadanın təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, mundialda ikinci yarımfinalçı bu axşam müəyyənləşəcək.

1/4 qarşılaşmasında İspaniya və Belçika milli komandaları qarşılaşacaqlar.

Bakı vaxtilə saat 23:00-da start götürəcək görüşü ingiltərəli Maykl Oliver idarə edəcək.

Raunda ilk olaraq Fransa yığması vəsiqə qazanıb. Digər iki yarımfinalçının adı iyulun 12-də məlum olacaq.

Dünya Kuboku iyulun 19-da yekunlaşacaq.