Braziliya seçmə komandası dünya çempionatına xal itkisi ilə başladı

Braziliya seçmə komandası dünya çempionatına xal itkisi ilə başladı

ABŞ, Kanada və Meksikanın ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, mundialın favoritlərindən Braziliya yığması turnirdə ilk oyununu keçirib.

Karlo Ançelottinin baş məşqçisi olduğu cənubi amerikalılar C qrupunda Mərakeş yığması ilə qarşılaşıblar.

5 qat dünya çempionları yarışa xal itkisi ilə başlayıblar - 1:1.

Hər iki qol ilk hissədə vurulub, "sambaçılar"dan Vinisius Junyor, afrikalılardan isə İsmael Saibari fərqlənib.

Qrupda yer alan digər millilər - Haiti və Şotlandiya Bakı vaxtilə saat 05:00-da üz-üzə gələcək.