Azərbaycan Kubokunda final oyununun günü və saatı açıqlandı

Azərbaycan Kubokunda final oyununun günü və saatı açıqlandı

Futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün final matçının vaxtı açıqlanıb.

"Mediasport" xəbər verir ki, həlledici qarşılaşma iyunun 5-də "Olimpik Star"da keçiriləcək.

Kubok qazanmaq uğrunda Yüksək Liqanın son qalibi "Araz-Naxçıvan"la 1-ci Liqada yarışan PFL komandası mübarizə aparacaq.

Oyun saat 14:00-da başlanacaq.