AFFA-nın belçikalı rəsmisinə Rusiyada yeni vəzifə verildi

AFFA-nın belçikalı rəsmisinə Rusiyada yeni vəzifə verildi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Rusiya Futbol İttifaqında (RFS) da çalışacaq.

"Mediasport" xəbər verir ki, belçikalı mütəxəssis RFS-in prezidenti yanında ekspert-hakimlik komissiyasının üzvü olub.

Onunla yanaşı, Belarusdan olan keçmiş beynəlxalq dərəcəli hakim Aleksey Kulbakov da komissiyaya üzv seçilib.

Xatırladaq ki, De Blekere ötən ilin iyunundan AFFA Hakimlər Komitəsinin sədridir.