Dünya çempionatında iştirak edəcək ən yaşlı oyunçular - SİYAHI
ABŞ, Kanada və Meksikada baş tutacaq futbol üzrə dünya çempionatının startına sayılı günlər qalıb.
"Mediasport" xəbər verir ki, mundiala dair diqqətçəkən məqamlardan biri də yaşı 40-dan çox olan 7 futbolçunun dördilliyin zirvə yarışında iştirakı ilə bağlıdır.
Belə ki, həmin oyunçular arasında portuqaliyalı canlı əfsanə Kriştianu Ronaldo da yer alır.
DÇ-2026-da iştirak edəcək 7 ən yaşlı futbolçu
1. Kreyq Qordon (Şotlandiya) - 43 yaş
2. Kriştianu Ronaldo (Portuqaliya) - 41 yaş
3. Luka Modriç (Xorvatiya) - 40 yaş
4. Manuel Noyer (Almaniya) - 40 yaş
5. Edin Zeko (Bosniya və Herseqovina) - 40 yaş
6. Gilyermo Oçoa (Meksika) - 40 yaş
7. Vozinya (Kapo Verde) - 40 yaş


