Fransa Norveç millisi ilə üz-üzə, Belçika vacib sınaq qarşısında

Fransa Norveç millisi ilə üz-üzə, Belçika vacib sınaq qarşısında

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, matçlar 23:00-da başlayacaq və səhər saatlarına qədər davam edəcək.

I qrupunda pley-offa vəsiqəni ilk 2 turda rəsmiləşdirən Fransa və Norveç milliləri liderlik uğrunda üz-üzə gələcəklər.

İspaniya futbolçuları Uruqvay yığması ilə, Belçika seçməsi isə Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026. 3-cü tur

I qrupu

23:00 Fransa - Norveç

23:00 Seneqal - İraq

Xal durumu: Fransa - 6 xal, Norveç - 6 xal, Seneqal - 0 xal, İraq - 0 xal

H qrupu

04:00 Kabo Verde - Səudiyyə Ərəbistanı

04:00 Uruqvay - İspaniya

Xal durumu: İspaniya - 4 xal, Uruqvay - 2 xal, Kabo Verde - 2 xal, Səudiyyə Ərəbistanı - 1 xal

G qrupu

07:00 Misir - İran

07:00 Yeni Zelandiya - Belçika

Xal durumu: Misir - 4 xal, İran - 2 xal, Belçika - 2 xal, Yeni Zelandiya - 1 xal