DÇ-2026-nı Azərbaycanda yayımlayacaq kanal müəyyənləşdi

DÇ-2026-nı Azərbaycanda yayımlayacaq kanal müəyyənləşdi

2026-cı ildə tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək futbol üzrə dünya çempionatını Azərbaycanda yayımlanacaq telekanal müəyyənləşib.

"Mediasport" xəbər verir ki, dördilliyin zirvə yarışının ölkəmizdə yayım hüququ İctimai televiziyaya məxsus olacaq.

İTV mundialın eyni vaxtda başlanacaq bir neçə görüşünü qonşu tv-lərlə bölüşə bilər.

Xatırladaq ki, DÇ ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə təşkil olunacaq.

Yarış iyunun 11-də start götürəcək və iyulun 19-da yekunlaşacaq.