İspaniya millisi startda debütant komandanı məğlub edə bilmədi
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatında ilk turun görüşləri oynanılır.
"Mediasport" xəbər verir ki, H qrupunda yer alan İspaniya millisi ilk matçını Kabo Verde yığmasına qarşı keçirib.
Luis de la Fuentenin baş məşqçisi olduğu son Avropa çempionları Dünya Kubokunun debütant komandasını məğlub edə bilməyiblər - 0:0.
"Qırmızı furiya"nın qrupda digər rəqibləri Uruqvay və Səudiyyə Ərəbistanı seçmələri olacaq.


