Dünya Kubokunda 1/4 final: Hansı komanda kiminlə qarşılaşacaq?
Tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın bütün cütləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 1/8 finalı uğurla keçən son iki kollektiv yarışın son çempionu Argentina və İsveçrə milliləri olublar.
Bu mərhələnin qarşılaşmaları iyulun 10-u və 12-də baş tutacaq.
Xatırladaq ki, Dünya Kuboku iyulun 19-da yekunlaşacaq.
DÇ-2026. 1/4 final
9/10 iyul
00:00 Fransa - Mərakeş
10 iyul
23:00 İspaniya - Belçika
12 iyul
01:00 Norveç - İngiltərə
05:00 Argentina - İsveçrə


