Dünyanın ən dəyərli klublarının reytinqi yeniləndi - SİYAHI

Dünyanın ən dəyərli klublarının reytinqi yeniləndi - SİYAHI

"Transfermarkt" portalı dünyanın ən bahalı futbol klublarının yeni reytinqini dərc edib.

"Mediasport" xəbər verir ki, siyahıya 1,34 milyard avroluq heyət dəyəri ilə "Real" (Madrid) başçılıq edir.

İspaniya nəhəngini 1,31 milyard avro dəyərlə "Mançester Siti" izləyir.


Dünyanın ən dəyərli klubları


"Real" (Madrid, İspaniya) - 1,34 milyard avro

"Mançester Siti" (İngiltərə) - 1,31 milyard

"Arsenal" (İngiltərə) - 1,23 milyard

PSJ (Fransa) - 1,21 milyard

"Barselona" (İspaniya) - 1,17 milyard

"Çelsi" (İngiltərə) - 1,16 milyard

"Liverpul" (İngiltərə) - 1,02 milyard

"Bayern" (Almaniya) - 965,95 milyon

"Tottenhem" (İngiltərə) - 802,50 milyon

"Mançester Yunayted" (İngiltərə) - 747,15 milyon