Daha bir milli komanda dünya çempionatına vəsiqə qazandı

Daha bir milli komanda dünya çempionatına vəsiqə qazandı

2026-cı ildə tarixdə ilk dəfə 3 ölkənin ev sahibliyi və 48 milli komandanın iştirakı ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan yığma sayı 21-ə çatıb.

"Mediasport" xəbər verir ki, son olaraq bu hüquqa Afrika zonasından Qana seçməsi yiyələnib.

Daha əvvəl ev sahibləri (Meksika, ABŞ, Kanada) ilə yanaşı, Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Mərakeş, Tunis, Misir və Əlcəzairin DÇ-2026-nın əsas raundunda yarışacağı dəqiqləşib.

Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.