Azərbaycandan ayrılan afrikalı Moldova klubu ilə müqavilə bağladı

Azərbaycandan ayrılan afrikalı Moldova klubu ilə müqavilə bağladı

2023-2024-cü illər mövsümünü "Sumqayıt"da keçirmiş Abu Dossonun klubsuz günləri başa çatıb.

Mediasport.com.az xəbər verir ki, Azərbaycandan yayda ayrılan kotdivuarlı müdafiəçi karyerasını Moldovada davam etdirəcək.

28 yaşlı futbolçu Superliqa təmsilçisi "Zimbru" ilə müqavilə bağlayıb. Anlaşma bir illik nəzərdə tutulub.

Xatırladaq ki, Dosso "Sumqayıt"ın heyətində 29 oyun keçirib, 5 qol ötürməsi edib.