"Dünyanın ən yaxşı klubları və ən yaxşı oyunçuları ilə yarışırdıq"

"Dünyanın ən yaxşı klubları və ən yaxşı oyunçuları ilə yarışırdıq"

"Çempionlar Liqasını başımız uca tərk edirik. Dünyanın ən yaxşı klubları və ən yaxşı oyunçuları ilə yarışırdıq".

"Mediasport" xəbər verir ki, bu sözlər "Qarabağ"ın futbolçusu Joni Montielə məxsusdur.

İspan vinger komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab oyunundan sonra sosial şəbəkədə fikirlərini bölüşüb:

"Birlikdə vacib bir şeyə nail olduq. Bura qayıtmaq üçün mübarizə aparacağıq. İndi qarşıda bizi nələrin gözlədiyinə diqqət yetirməliyik".

Xatırladaq ki, Azərbaycan futbolu tarixində ilk dəfə pley-offa yüksələn "Qarabağ" "Nyukasl"a məğlub (1:6, 2:3) olaraq mübarizəni başa vurub.