Əfran İsmayılov "Şəfa"nın pullarını bahalı otel otaqlarına xərcləyir?

Əfran İsmayılov "Şəfa"nın pullarını bahalı otel otaqlarına xərcləyir?

Premyer Liqada debüt edən "Şəfa"nın vitse-prezidenti Əfran İsmayılovla bağlı maraqlı məlumat əldə etmişik.

İnformasiya paytaxt klubunu de-fakto ələ keçirən sabiq futbolçunun büdcəni lazımsız xərclərə sərf etməsi barədədir.

Bu barədə redaksiyamıza ilginc məlumat Qələbədən daxil olub.

Burada yerləşən bahalı otellərdən birində çalışan şəxsin saytımıza verdiyi xəbərə görə, "Şəfa" avqustun 22-də qarşılaşdığı "Qəbələ" ilə matçdan bir gün əvvəl hoteldə İsmayılova görə ciddi xərcə düşüb.

Belə ki, hətta kluba təyin olunar-olunmaz özünə köməkçi-sürücü də götürən yığmamızın sabiq üzvü 1 gecəlik VİP otaq üçün 2630 manat ödəniş edib.

Təbii ki, məbləğ klubun hesabından köçürülüb.

Bu fakt formal olaraq prezident vəzifəsini icra edən Kənan Sadıqlının xoşuna gəlməyib. Lakin klub rəhbəri səfərdə qazanılan qələbəyə görə məsələni açıb ağartmayıb.

Xüsusi vurğulayaq ki, dövlət Premyer Liqada iştirak edən hər kluba illik 2,5 milyon manat yardım edir.

Mediasport.com.az