Eldəniz 7-ci dəfə DÇ-də medal qazandı, Ülvi finala yüksəldi

Eldəniz 7-ci dəfə DÇ-də medal qazandı, Ülvi finala yüksəldi

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, yarışın 7-ci günündə Azərbaycanın 3 yunan-Roma təmsilçisi mübarizəyə qoşulub.

Nihat Məmmədli (60) 1/4 finalda məğlub olsa da, rəqibi finala çıxdığı üçün pəhləvanımız sabah təsəlliverici görüşlərə qatılacaq.

Ülvi Qənizadə (72 kq) karyerasında üçüncü dəfə DÇ-nin finalına yüksəlib.

Murad Əhmədiyev (97 kq) isə sabah bürünc medal üçün güləşəcək.

Bu gün medal görüşünə çıxan 4-qat dünya çempionumuz Eldəniz Əzizli bürünc mükafata sahib çıxıb.

Beləliklə, idmançımız karyerasında 7-ci dəfə mundiallarda medal əldə edib.

Xatırladaq ki, Əzizli 2020-ci il istisna, 2018-ci ildən bu yana ardıcıl bütün dünya birinciliklərində ümumilikdə 4 qızıl, 3 bürünc mükafat qazanıb.

Mundial sentyabrın 21-də yekunlaşacaq.