Dünya çempionatında yarışacaq güləşçilərimizin adları açıqlandı

Dünya çempionatında yarışacaq güləşçilərimizin adları açıqlandı

20 yaşadək güləşçilərdən ibarət Azərbaycan milli komandaları Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Mundialın açılışını yunan-Roma güləşi üzrə millinin üzvləri edəcəklər.

Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Rihad İbrahimli (97 kq) və Mikayıl İsmayılov (130 kq) gücünü sınayacaq.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevın rəhbərliyi altında qadın təmsilçilərimizdən Esra Məmmədli (53 kq), Günay Qurbanova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Zəhra Kərimzadə (72 kq) döşək üzərinə çıxacaq.

Böyük məşqçi Əşfəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında isə sərbəst güləşçilərimizdən Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), İsmayıl Rəhimli (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) yarışacaq.

Avqustun 16-dan 23-dək davam edəcək dünya çempionatında I dərəcəli hakimlərimiz Tural Əliyevlə Vüqar Şükürov ədaləti qoruyacaqlar.