Əliyar Ağayev Rusiya - Nigeriya oyununun baş hakimi olacaq

FİFA referisi Əliyar Ağayev növbəti təyinatı alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi Rusiya və Nigeriya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək.
Bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
Qarşılaşmanın yan əxtt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli olacaqlar. Dördüncü hakim funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.
İyunun 6-da “Lujniki” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.