Azərbaycan millisi Bakıda Belarus yığmasına qalib gəldi - VİDEO

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
"Mediasport" xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.
Komandalar oyunu aşağıdakı heyətlə keçiriblər:
Azərbaycan - Belarus - 2:1
Qollar: Ömər Kosayev, 44; Ruslan Quliyev, 59 - Vladislav Vyarenik, 70
Azərbaycan: 1. Bilal Hacıyev, 2. Mehdi İsmayılov, 3. Roman Fərzəli (21. Tunar Əsgərzadə, 55), 4. Uğur Qurbanlı (k), 5. Vaqif Nəbiyev, 6. Ruslan Quliyev, 7. Yusif Orucəliyev (14. Arda Əzizli, 75), 8. Murad İsmayılov (17. Cavidan Əlizadə, 46), 9. Ömər Kosayev (18. Nicat Rəhimli, 75), 10. Furqan Musayev (13. Şikar Şikar, 46), 11. Tunar Bayramov (15. Ramil Hacıyev, 86).
Belarus: 1. İvan Paddubnı, 5. Anton Vial, 6. Qleb Yemelyanov (2. Stanislav Dranov, 78), 7. Artyom Kaniaxin (3. Aleksandr Klimoviç, 55), 8. Vladislav Tratyak (20. Zaxar Şineviç, 55), 13. Kiril Şelest (23. Arseni Asipenka, 46), 14. Marat Lazareviç (18. Matvey Zabavski, 68), 21. Qleb Bardaçov (k), 9. Kiril Salyanik (15. Vladislav Vyarenik, 46), 10. Yaraslav Qubaşin (17. İvan Zaxovski, 68), 11. Yaramir Tratsyak (19. Kiril Kavalyov, 78).
Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 11-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər. Oyun saat 17:00-da Binə stadionunda baş tutacaq.