Respublika stadionu “Qarabağ”ın oyununa hazırdır – FOTOLAR
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubunu qəbul edəcək.
“Mediasport” xəbər verir ki, 7-ci tur görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionu matça tam hazırdır.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürsə də, mərkəzi arenanın ot örtüyü qarşılaşmaya yüksək səviyyədə hazırlanıb.
Xatırladaq ki, oyun saat 21:45-də start götürəcək.


