Elxan Məmmədov təcavüzkar davranışa görə 6 oyunluq cəza aldı

Elxan Məmmədov təcavüzkar davranışa görə 6 oyunluq cəza aldı

AFFA İntizam Komitəsi 1-ci Liqada yarışan "Zaqatala"nın futbolçusu Elxan Məmmədov haqda sərt cəza tədbiri seçib.

"Mediasport" xəbər verir ki, 19 yaşlı hücumçu qarşıdakı 6 oyunda iştirak etməyəcək.

Forvard ağır sanksiyaya 3-cü turun "Karvan-Yevlax"la səfər matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə məruz qalıb.

Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Məmmədova görə komandası 1000 manat da cərimə ödəyəcək.