"Qarabağ" Çempionlar Liqasının iştirak siyahısında dəyişiklik etdi
"Qarabağ" UEFA Çempionlar Liqası üçün iştirak ərizəsində dəyişiklik edib.
Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, Kris Kuakunun adı siyahıdan çıxarılıb.
Yarımmüdafiəçinin əvəzinə Kadi Borgesin adı əlavə edilib.
"Atlılar"ın yeni transferi Jeremi Qnali pley-off mərhələsi üçün heyətə salınmayıb.
Xatırladaq ki, təmsilçimiz bu raundda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq. Görüşlər fevralın 18-i və 24-də baş tutacaq.
