Emin Mahmudov: “Qurban Qurbanov möhtəşəm iş görüb”
"Qurban müəllim möhtəşəm iş görüb. Ona görə nəticələr də öz sözünü deyir. "Qarabağ"ı qazandığı uğura görə təbrik edirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
Yarımmüdafiəçi "Dost TV"yə açıqlamasında "Qarabağ"ın Portuqaliyada "Benfika"ya qalib gəldiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı danışıb:
"Həmin oyuna baxdım. "Benfika" ilə matçda çox yaxşı idilər. Ümimiyyətlə stabillik bu yerə gətirir. Futbolçular çoxdan bir yerdədirlər.
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.
