UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatdı
AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatıb.
Bu barədə "Mediasport"a milli assosiasiyadan məlumat verilib.
Kurs Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub.
Məşğələlərə təlimatçılar İlham Əzizzadə və Dəyanət Əliyev rəhbərlik ediblər.


