Transfer dəyəri ən baha olan azərbaycanlı futbolçular - SİYAHI

Nüfuzlu "Transfermarkt" portalı ən bahalı azərbaycanlı futbolçuların siyahısını yeniləyib.
"Mediasport" xəbər verir ki, daha əvvəlki sıralamada lider olan Renat Dadaşov 2-ci pilləyə düşüb.
Karyerasını Polşada davam etdirən 26 yaşlı forvard "10-luq"da yerini Nəriman Axundzadəyə verib.
"Qarabağ" və milli komandanın gənc hücumçusunun transfer dəyəri 2 milyon dollara yaxınlaşıb.
Ən bahalı azərbaycanlı futbolçular
1. Nəriman Axundazə - “Qarabağ” (1.8 milyon avro)
2. Renat Dadaşov – “Radomiak”, Polşa (1.2 milyon avro)
3. Toral Bayramov – “Qarabağ” (1.2 milyon avro)
4. Ramil Şeydayev – “Neftçi” (900 min avro)
5. Aleksey İsayev – “Qarabağ” (900 min avro)
6. Qismət Əliyev – “Zirə” (900 min avro)
7. Elvin Cəfərquliyev – “Qarabağ” (900 min avro)
8. Rza Cəfərov – “Neftçi” (900 min avro)
9. Rahim Sadiqov – “Turan Tovuz” (850 min avro)
10. Səbuhi Abdullazadə - “Sumqayıt” (850 min avro)