İran millisinin qapıçısı Belçika ilə matçdan sonra mükafatlandırıldı

İran millisinin qapıçısı Belçika ilə matçdan sonra mükafatlandırıldı

Dünya çempionatının 2-ci turunun G və H qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, İspaniya - Səudiyyə Ərəbistanı matçında (4:0) bu ada Mikel Oyarsabal layiq görülüb.

Belçika - İran duelində (0:0) bir neçə dəfə komandasını real qol epizodundan xilas edən Əlirza Beyranvand seçilib.

Uruqvay - Kabo Verde görüşündə (2:2) Kevin Pina oyunun ən yaxşısı adına sahib çıxıb.

Yeni Zelandiya - Misir (1:3) oyununda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olan Məhəmməd Salah mükafatlandırılıb.