Fərid Qayıbov Çexiyanın Milli İdman Agentliyinin sədrilə görüşdü

Fərid Qayıbov Çexiyanın Milli İdman Agentliyinin sədrilə görüşdü

Avropa Gimnastika Konqresi ərəfəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Çex Respublikasının Milli İdman Agentliyinin sədri Ondrej Şebek ilə ikitərəfli görüş keçirib.

"Mediasport" xəbər verir ki, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin anti-dopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin Bakı-2026 “Dünyanın İdman Paytaxtı” çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı barədə də fikir mübadiləsi aparılıb.