Milli komandamız Avropa çempionatına qələbə ilə başladı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı-2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev fərqləniblər.
Millimizin qrupda ikinci dueli sabah Litva yığmasına qarşı olacaq.